جمعه 7 اردیبهشت 1403

14 August 2023

Tatatrıstanda İslami televiziya kanalı açılacaq

Tatatrıstanda İslami televiziya kanalı açılacaq


Rusiyanın Tatarıstan Respublikasında 2017-ci ilin sonunadək islami televiziya kanalı açılacaq.  

 

“Biznes-onlayn”-a istinadən maidə saytı xəbər verir ki, bu barədə respublika müftisinin informasiya siyasəti üzrə müşaviri Rişat Xamidullin deyib. 

 

R.Xamidullin deyib ki, ilk olaraq islami televiziyanın yayımı internetdə olacaq.

 

“İslami televiziya kanalının açılması məsələsi çoxdan idi ki, gündəliyə salınmışdır. Qərar qəbul olundu ki, artıq yayımına başlanılsın. İlkin plana görə, islami televiziya üç əsas istiqamət antiekstrimizm, maarifçilik və vətənpərvərlik üzrə iş aparacaq”.

 

Onun sözlərinə görə, əgər islami televiziya layihəsi Tatarıstanda uğurlu alınarsa, ona bu telekanalın yayımı Rusiyanın avropa hissəsində də yayımlanacaq.