پنج شنبه 30 فروردین 1403

14 August 2023

Küveytdə ilk dəfə Quran-Kərim xəttatlığı elmi kursları keçiriləcək

Küveytdə ilk dəfə Quran-Kərim xəttatlığı elmi kursları keçiriləcək


Quran- Kərimin yazlılmasının və "hərəkələr"inin qoyulmasının ilk elmi təlim kursları Küveytin "Quran Mənbərləri" dərnəyinin təşəbbüsü ilə keçiriləcək.

Əhlibeyt saytının İqna-ya istinadla verdiyi xəbərə görə, Quran- Kərimin kitabət, xəttatlıq və yazlılmasının və hərəkələrinin (ərəb hərifləri üzərində və ya altında sait səslərin əlaməti) qoyulmasının ilk elmi təlim kursları Küveytin "Quran Mənbərləri" dərnəyinin təşəbbüsü ilə keçiriləcək.

Küveytin "Quran Mənbərləri" dərnəyinin müdiri Sabah Yaqub, bu barədə xəbər verərək bildirib:

"Bu təlim kursları bu dərnəyin Quran- Kərimə xidmət üçün səyləri və çalışmaları yönündə atılmış bir addımdır.Kurslarından əsas məqsədimiz İslam ümmətini Quran- Kərimin məna və mətni ilə yaxından tanış etmək, ümmət ilə müqəddəs kitab arasında üns yaratmaq, Quran- Kərimin fəzilətləri ilə insanları tanış etmək, Quran üzərində işləməyin fəziləti, Quranın hifzi, təlimi və öyrənilməsidir.

Quran-Kərimin kitabəti, hərəkə və səs əlamətləri qoyulmasının hər sözün həriflərin sayı və növünə əsasən özüməxsus üsul və qaydaları vardır ki, bu təlim kurslarında iştirakçılara öyrədiləcəkdir.

Quran- Kərimin kitabəti təlim kurslarında məscidlərin camaat imamları, müəzzinlər, oğlan və qız tələbələr, dini araşdırmaçılar və Quran- Kərimin kitabəti sahəsində fəaliyyət göstərənlər iştirak edəcəklər.

Bu kursların keçirilməsinin hədəflərindən biri də budur ki, müsəlmanlar tarix boyu alimlərin Quranın xəttini və mətnini qoruyub saxlamaq üçün necə böyük zəhmətlər çəkdiklərinin şahidi olsunlar. Və həmçinin bu müqəddəs kitabı gələcək nəsillərə də ötürmək üçün yeni kadrlar yaransın."

Sabah Yaqub qeyd edib ki,Quran- Kərimin yazılmasının təlim kursları Küveytin İslami İşlər və Vəqflər Nazirliyinin Hövla əyalətindəki nümayəndəliyi olan "Məscidlərin İşləri İdarəsi", Şəriət İnstitutu və Küveytin İslami Araşdırmalar Universitetinin təşkilatlığı  ilə keçiriləcəkdir.

Qeyd edək ki, Quran- Kərimin kitabəti və hərəkələrini qoyulması təlim kursları 13.04.2017-ci ildən 09.05.2017-ci ilədək tarixdə Küveytin Hövla əyalətinin Məscidlərin İşi İdarəsinin "ət-təmiz" toplantı salonunda keçiriləcəkdir.