شنبه 8 اردیبهشت 1403

14 August 2023

Macarıstanda müsəlmanlarla bağlı ədalətsiz fərman ləğv edildi

Macarıstanda müsəlmanlarla bağlı ədalətsiz fərman ləğv edildi


Macarıstanda Konstitusiya Məhkəməsi müsəlmanların ibadətlərini məhdudlaşdıran Asotthalom bələdiyyəsinin sərəncamını konstitusiyaya zidd olması səbəbilə ləğv etdiyini bildirib.

 

Anadolu xəbər agentliyinə istinadən dəyərlər saytı xəbər verir ki, Konstitusiya Məhkəməsindən verilən açıqlamada, dövlətin baş müfəttişi Laszlo Szekelinin etirazının qiymətləndirildiyi bildirilib. Açıqlamada bələdiyyələrin konstitusiyanı birbaşa maraqlandıran məsələlərdə məhdudlaşdırıcı qərar verə bilməyəcəyi, konstitusiya hüquqları və azadlıqları ilə bağlı tədbirlərin yalnız qanunla müəyyən oluna biləcəyi qeyd edilib. Bundan başqa, bələdiyyə fərmanının müsəlmanların ibadət azadlığını məhdudlaşdırdığı qeyd olunub.

 

Qeyd edək ki, Macarıstan Jobbik Partiyasının sədr müavini Laszlo Toroczkainin bələdiyyə sədri olduğu Asotthalom şəhərində 2016-cı ilin 24 noyabr tarixində məscid və minarə inşası, azan oxunması, niqab və qapalı çimərlik geyimi (burkinanın) geyinilməsinin qadağan edilməsi istiqamətində qərar vermişdir.