چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

İmam Əlinin (ə) hərəminə qızılla bəzədilmiş Quran hədiyyə edildi

İmam Əlinin (ə) hərəminə qızılla bəzədilmiş Quran hədiyyə edildi


Seyid Əli Əsğər Museviyanın qızılla bəzədilmiş Quranı İmam Əlinin (ə) mübarək mövludu münasibətilə İmam Əlinin (ə) hərəminin himayədarlarına hədiyyə edilib.

 

İmamali saytı xəbər verir ki, İmam Əlinin (ə) mövludu münasibətilə bayram mərasimi hərəmin Fatimeyi-Zəhra (s.ə) səhnində baş tutub. Mərasimə İraqın müqəddəs hərəmlərinin nümayəndələri və rəsmiləri, mərcəiyyət ofislərinin rəsmiləri, hövzə tələbələri və müəllimləri, İraq dövlət idarələrinin rəhbərləri iştirak edib.

 

Mərasim Quran tilavəti ilə başlayıb. İmam Əlinin (ə) pak hərəminin himayədarları Seyid Nizar Haşim Həbl-əl Mətin İmam Əli (ə) şəxsiyyəti mövzusunda çıxış edib. Daha sonra məclis Quran və ilahilərin oxunması ilə davam edib.

 

Mərasimdə İranın xəttatlıq sənətkarlarından Seyid Əli Əsğər Musavian hazırladığı qızılla bəzədilmiş Qurani-Kərimini mövlud bayramı münasibəti ilə İmam Əlinin (ə) hərəminin himayədarlarına hədiyyə edib.

 

Quranın İmam Əlinin (ə) hərəminin muzeyində sərgiyə təqdim edilməsi qərarlaşdırılmışdır. Seyid Əli Əsğər Musavianın hədiyyə etdiyi Quranın səhifələri bürünc və qızıldan hazırlanmışdır. Bu əsərə qızıl bəzəkli də deyilir.

 

Eni 20, uzunluğu​ isə 30sm olan qızılla bəzədilmiş Quran 54 səhifədən ibarətdir və nəsx xətti ilə yazılmışdır. Səhifələr metaldan hazırlanmış mis naqillərlə bir-birinə bağlıdır. Ağırlığı 30 kq-dır və ümumi uzunluğu 7 metrdir. Xəbər dəyərlər saytına istinad edilir.