پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İmam Rza (ə) hərəmində İmam Əlinin (ə) mövlud gecəsi

İmam Rza (ə) hərəmində İmam Əlinin (ə) mövlud gecəsi


Məşhəd şəhərində yerləşən Həzrəti İmam Rzanın (ə) mübarək hərəmi Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu münasibətilə bəzədilib.

Maidə saytı xəbər verir ki, İmam Əlinin (ə) mübarək mövludu münasibətilə Əhli-Beytin (ə) səkkizinci nuru - imam Rzanın (ə) hərəmi gül çələngləri və rəngli işıqlarla bəzədilib.

Bundan başqa, mövla Əlinin (ə) mövludu ilə bağlı hərəmdə dünən gecədən etibarən bir-birinin ardınca mövlud tədbirləri, mərasimləri və şənlikləri keçirilir. 

İmam Rzanın (ə) mübarək hərəmində əcnəbi zəvvarlar üçün də xüsusi mövlud mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

Həmçinin ötən gecədən etikaf saxlamaq üçün minlərlə insan İmam Rzanın (ə) hərəminə gəlib. Hər il Rəcəb ayının 13-də İmam Əlinin (ə) mövludu münasibətilə möminlər 3 gün etikaf saxlayır.

Bu müddətdə onlar dünya həyatını tərk edərək şəhərin came məscidlərində toplaşar, 3 gün burada qalır. Etikaf üçgünlüyünü möminlər yalnız Allaha ibadət və itaətlə keçirər, əsasən özləri ilə, öz vücudi durumları ilə məşğul olar, aqibətlərinin xeyirliliyi üçün çalışır. 

Bu il də xeyli sayda mömin-zəvvar İmam Rzanın (ə) hərəmində etikaf saxlayıb.