جمعه 7 اردیبهشت 1403

14 August 2023

İmam Razanın (ə) hərəmi mövludlar münasibətilə bəzədildi

İmam Razanın (ə) hərəmi mövludlar münasibətilə bəzədildi


İranın Məşhəd şəhərində yerləşən Həzrəti İmam Rzanın (ə) mübarək hərəmi Həzrət İmam Məhəmməd Cavad (ə) və Həzrət İmam Əlinin (ə) mübarək mövludları münasibətilə bəzədilib.

Astan News xəbər verir ki, mövludlar münasibətilə Əhli-Beytin (ə) səkkizinci imamı Əliyyən Rzanın (ə) hərəmi gül çələngləri və rəngli işıqlarla bəzədilib.

Bundan başqa, Həzrət İmam Məhəmməd Cavadın (ə) mövludu ilə bağlı hərəmdə bir-birinin ardınca mövlud tədbirləri, mərasimləri və şənlikləri keçirilir. Yüzə yaxın gənclərin izdivac mərasimlərinin mövlud günündə keçirilməsi üçün İmam Rzanın hərəminə piyada gəliblər və keçirilən xüsusi mərasimlə ailələrinin təməlini qoyublar.

İmam Rzanın (ə) mübarək hərəmində əcnəbi zəvvarlar üçün də xüsusi mövlud mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Xəbər dəyərlər satına istinad edilir.