پنج شنبه 30 فروردین 1403

14 August 2023

Minlərlə keniyalı müsəlman məscid söküntüsünə görə etiraz aksiyası keçirib

Minlərlə keniyalı müsəlman məscid söküntüsünə görə etiraz aksiyası keçirib


Minlərlə keniyalı müsəlman paytaxt Nayrobidə ölkə rəsmilərinin yolu genişləndirmək bəhanəsi ilə məscidi sökməyinə etiraz olaraq aksiya keçirib. 

Maidə saytı xəbər verir ki, etirazçılar ötən gün cümə namazından sonra paytaxt Nayrobidə aksiya keçirərək ölkə rəsmilərindən istəyib ki, 2500 nəfərlik məscidin sökülməsi fikrindən daşınsın. 

Məscidin imam camaatı Salim Məhəmməd deyib ki, Keniya rəsmiləri bu bölgədə yeni məscidin tikintisi üçün yer ayırmaqdan və dəymiş ziyanı ödəməkdən boyun qaçırır. “Bu məscid bölgə xalqına müxtəlif ictimai və mədəni proqramlarla xidmət göstərir. Məscidin nəzdində həmçinin islami dəyərləri öyrənmək üçün mədrəsə də fəaliyyət göstərir”. 

Keniyanın 46 milyon nəfər əhalisi var ki, əhalinin 11,5 faizini müsəlmanlar təşkil edir.