پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Müsəlman tələbələr Sankt-Peterburqda terrorda zərərçəkənlərə qan verdilər

Müsəlman tələbələr Sankt-Peterburqda terrorda zərərçəkənlərə qan verdilər


Dağıstanın paytaxı Maxaçkalada Sankt-Peterburq metrosunda terror aktı qurbanlarına dəstək vermək üçün qanvermə aksiyası keçirilib.

Dəyərlər saytı xəbər verir ki, Dağıstan Respublikası Müftiliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Dağıstan Humanitar İnstitutu, Humanitar Kolleci və Başlarov adına Tibb Kollecinin, Dağıstan İslam Universiteti və qadınların "Hidayət" təhsil mərkəzinin​ tələbələri fəal iştirak ediblər.

Aksiya "Müsəlmanlar qan tökmürlər, onlar qanlarını bəxş edirlər", "İslam - sülh dinidir", "Müsəlmanlar yaxşılıq edirlər, terrorçular isə qətliam" şüarları altında keçirilib. Qan vermə aksiyasında institut rəhbərliyi ilə yanaşı 350 tələbə iştirak edib.