جمعه 31 فروردین 1403

14 August 2023

Məşhəddəki zəlzələ İmam Rzanın (ə) hərəminə ziyan vurmayıb

Məşhəddəki zəlzələ İmam Rzanın (ə) hərəminə ziyan vurmayıb


Müqəddəs Məşhəd şəhərində baş vermiş zəlzələ İmam Rzanın (ə) hərəminə heç bir ziyan vurmayıb.

Bunu İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kulivənd deyib. 

O bildirib ki,  Müqəddəs ziyarətgahın  xidmətçilərinin qabaqlayıcı tədbirləri nəticəsində  İmamın hərəminə heç bir ziyan dəyməyib. 

P.Kulivənd  deyib ki, əldə olunan məlumata görə,  bəzi kəndlərdə  70 faiz dağıntılar baş verib. “Xəsarət alanların dəqiq sayı hələlik bilinmir və  zəlzələ geniş miqyasda baş verdiyi üçün  xəsarət alanların sayı arta bilər.  Məşhəd və Fəriman şəhərlərində bütün xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib.”

Qeyd edək ki, Xorasan Rəzəvi  əyalətində baş vermiş  zəlzələ nəticəsində indiyədək  1 nəfər həlak olub,  4 nəfər yaralanıb. Xəbər maidə saytına istinad edilir.