جمعه 7 اردیبهشت 1403

14 August 2023

Samirrada zəvvarlara qarşı hücumun qarşısı alınıb

Samirrada zəvvarlara qarşı hücumun qarşısı alınıb


İraqın Hərbi Kəşfiyyat İdarəsi Samirra şəhərinin mərkəzində zəvvarlara qarşı hücum etməyi planlaşdıran 40 terrorçunun məhv edildiyini açıqlayıb.

Tasnim-ə istinadən xəbər verir ki, İraqın döyüş təyyarələri, Daxili İşlər Nazirliyindən əldə olunan məlumatlar əsasında və birgə əməliyyat orqanlarının dəstəyi ilə terrorçu qrupların Səlahəddinin Əl-Cəzirə bölgəsindəki bazasını məhv edib.

İraqın Hərbi Kəşfiyyat İdarəsinin yaydığı bəyanatda belə qeyd olunub: "Aralarında komandirlərin də olduğu 40 yaraqlı terrorçuların Əl-Cəzirə bölgəsindəki bazasına təşkil olunan hücumda öldürüldü və bu terrorçulardan 10-nu intiharçı terrorçu idi. Bu adamlar Samirra şəhərindəki zəvvarlara qarşı terror aktı həyata keçirmək istəyirdilər və bu bombardman onların bazasının tamamilə məhv edilməsi ilə nəticələndi.

İŞİD terror təşkilatı komandirlərindən Əbu Əbdürrəhmanın başçılıq etdiyi 12 intiharçı terrorçu və 4 minalanmış maşın Samirraya hücum etmək üçün hazırlanmışdı. Xəbər dəyərlər saytına istinad edilir.