شنبه 8 اردیبهشت 1403

14 August 2023

İmam Nəqinin (ə) şəhadətinin ildönümünə Samirraya 1.5 milyon zəvvar gəldi

İmam Nəqinin (ə) şəhadətinin ildönümünə Samirraya 1.5 milyon zəvvar gəldi


İraqın Samirra şəhərində Əhli-Beytin (ə) onuncu nuru Həzrət İmam Əliyyən Nəqinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə təşkil olunan mərasimdə 1.5 milyon zəvvar iştirak edib.

Dəyərlər saytı Parstoday-a istinadən xəbər verir ki, İraqın Əl-Haşduş Şəbi könüllü xalq qüvvələrinin komandirlərindən Sami Məsudi açıqlama verərək, matəm mərasimlərinin təhlükəsizliyini təmin etmək üçün 11 mindən artıq könüllünün cəlb olunduğunu deyib.

Samirra əməliyyatları komandanlığı və təhlükəsizlik qüvvələri də Əl-Haşduş Şəbi qüvvələrinə Samirrada keçirilən matəm mərasimində iştirak edən 1.5 milyon zəvvarın təhlükəsizliyini təmin etməyə dəstək verib.