logo logo
  • تاریخ انتشار:‌ 1396/01/14 - 12:00 ق.ظ
  • چاپ
İmam Nəqi (ə) və İmam Əskərinin (ə) hərəmlərinin yeni zərihləri

İmam Nəqi (ə) və İmam Əskərinin (ə) hərəmlərinin yeni zərihləri

İmam Nəqi (ə) və İmam Əskərinin (ə) hərəmlərinin yeni zərihləri

Samirrada onuncu imam İmam Əliyyən Nəqi (ə) və on birinci imam İmam Həsən Əskərinin (ə) müqəddəs hərəmlərinin yeni zərihlərinin quraşdırılması məqsədi ilə müqəddəs qəbirlərin üzərindəki müvəqqəti zərih sökülür.

Maidə saytı xəbər verir ki, yeni zərih  tezliklə mübarək qəbirlərin üzərinə quraşdırılacaq. 

Əskəreyn hərəminin yeni zərihi İranın Qum şəhərində hazırlanıb. Bu zərihin hazırlanması 4 il çəkib. Onun hazırlanmasında 10 ton yarım ağac, 4 ton yarım gümüş və 70 kiloqram xalis qızıldan istifadə olunub. 

Qeyd edək ki, on ikinci imam İmam Zamanın (ə.f) babası, onuncu imam İmam Əliyyən Nəqi (ə) və atası, on birinci imam İmam Həsən Əskərinin (ə) əziz məzarlarının yerləşdiyi müqəddəs Əsgəreyn hərəmi İraqın müqəddəs Samirra şəhərində yerləşir.

Xatırladaq ki, ABŞ-ın İraq işğalı zamanı müqəddəs Əskəreyn hərəmi top atəşinə tutulmuş, hərəmin günbəzlərindən biri zədələnmişdi. Oxşar cəhdi son aylarda İŞİD terrorçuları da həyata keçirməyə çalışsalar da, İraq ordusu və könüllüləri bu rəzalətin qarşısını alıb.

 

مطالب مشابه