Həzrət İmam Əliyyən-Nəqinin (ə) şəhadətinin növbəti ildönümünün yaxınlaşması münasibətilə Samirrada hərəmə gedən küçələrin yuyulması mərasimi keçirilib.
İmamali saytı xəbər verir ki, Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən-Nəqinin (ə) şəhadət ildönümü münasibətilə İraqın müxtəlif şəhərlərindən Əhli-Beyt (ə) aşiqlərinin Samirraya gəlməsi münasibətilə Əsgəreyn imamlarının (ə) hərəminə gedən yollar yuyulub.
Həzrət İmam Əliyyən-Nəqinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə Əsgəreyn imamlarının (ə) hərəminə qara bayraqlar da asılıb.
Qeyd edək ki, İraqın Samirra şəhərində Əhli-Beytin 10-cu və 11-ci imamlarının hərəmləri ilə yanaşı, İmam Hadinin (ə) qızı Həkimə Xatun və İmam Mehdinin (ə) anası Nərcis xatunun da türbələri var. Xəbər dəyərlər saytına istinad edilir.
مطالب مشابه