جمعه 10 فروردین 1403

14 August 2023

Avropada 356 məscid hücuma məruz qalıb

Avropada 356 məscid hücuma məruz qalıb


Avropada 2015-2016-cı illərdə 356 məscid hücuma məruz qalıb.

 

“Report” CNNTürk-ə istindən xəbər verir ki, bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz bildirib.

 

“Son zamanlar Avropada, eləcə də Almaniyada baş verənlər narahatlıq yaradır, qayğılarımız artır. Almaniyada 3 milyon ortaq vətəndaşımız var. 4-5 milyona yaxın müsəlman yaşayır. Onların haqq və hüquqları, dini azadlıqlarının yox sayılaraq bu istiqamətdə fəaliyyət göstəriləcəyini ehtimal etmirəm. Ancaq xüsusilə Almaniyada, bütövlükdə Avropada son zamanlar baş verənlər narahatlıq yaradır, qayğılarımız artır.

 

2015-2016-cı ildə Avropada 356 məscidə hücum olub. Bir çox məscid yandırılıb, bəzilərinin qapılarına donuz başı qoyulub, bəzilərinin divarına xaç şəkli çəkilib. Bütün bunların islamofob nifrət kimi deyil, sadəcə vandalizm olaraq təqdim edilməsi də bizi narahat edir. Avropadakı sağlam düşüncənin məsələyə müdaxilə edəcəyinə, yanlışlıqların aradan qaldırılması üçün fəaliyyət göstərəcəklərini səbirsizliklə gözləyirəm”, - deyə o vurğulayıb.