İraqın böyük əhli-sünnə alimləri və xətiblərindən ibarət bir heyət Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət ediblər.
İmamali saytı xəbər verir ki, İraqın nüfuzlu əhli-sünnə alimi şeyx Mehdi Əhməd Əl-Sumeydan İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edən heyətə rəhbərlik edib. Heyətin tərkibində İraq müftiliyinin nümayəndəsi şeyx Amər Əl-Bəyati də olub.
İraqın böyük əhli-sünnə alimləri və xətibləri İmam Əlinin (ə) hərəminin baş katibinin müavini Xalid Hadi Şənnun tərəfindən də qəbul edilib. Heyət daha sonra hərəmin Fatimeyi-Zəhra (s.ə) səhninnə baş çəkib, burada görülən təmir işləri barədə maraqlanıblar. Xəbər dəyərlər saytına istinad edilir.
مطالب مشابه