پنج شنبه 30 فروردین 1403

14 August 2023

Avstriyada ictimai yerlərdə Quran paylanması qadağan edildi

Avstriyada ictimai yerlərdə Quran paylanması qadağan edildi


Avstriya hökuməti ictimai yerlərdə Qurani-Kərimin paylanmasını qadağan edən yeni bir qanun qəbul edib.

Dəyərlər saytı İQNA-ya istinadən xəbər verir ki, Avstriya hökuməti martın 28-də ölkə cəmiyyəti və miqrantların inteqrasiya olunması ilə əlaqədar yeni bir qanunu təsdiqləyib. Qanuna əsasən, ictimai yerlərdə üzü tamamilə bağlayan istənilən geyim qadağan edilib. Qanuna əməl etməyən 150 avro pul cəriməsini ödəməli olacaq.

Bundan başqa, qanunda Avstriyada ictimai yerlərdə Qurani-Kərimin paylanılması da qadağan edilir. Bu ölkəyə sığınacaq müraciəti edənlər bir il ərzində sürətli bir şəkildə bu cəmiyyətə uyğunlaşma təlimləri keçməlidir.

Kurslarda Avstriya cəmiyyətinin dəyər və normaları öyrədilir. Proqramda miqrantların ölkə iqtisadiyyatına inteqrasiyası üçün mütəxəssis olmaları da şərtdir.

Bu kurslardan imtina edənlər pul cəriməsi ödəyəcək və Avstriya hökumətinin onlara verdiyi maliyyə yardımdan məhrum olacaqlar.