جمعه 10 فروردین 1403

14 August 2023

Dərbənddə məktəblilər üçün “Terrorizm - ümumdünya problem” dəyirmi masa

Dərbənddə məktəblilər üçün “Terrorizm - ümumdünya problem” dəyirmi masa


Dərbənddə "Terrorizm - ümumdünya problemi" - məktəblilər üçün dəyirmi masa təşkil olunub.

Maidə saytının yazdığına görə, Dərbənddə mart ayının 15-dən aprel ayının 15-dək orta məktəblərdə “Terrorizm – ümumdünya problemi” adı altında dəyirmi masalar təşkil olunur.

Dərbənd "Came" məscidinin ruhanisi Hacı Eldar İbrahimov açıqlamasında bildirib ki, bu dəyirmi masaların təşkilində məqsəd məktəbliləri terrorizmin təhlükəsi ilə bağlı maarifləndirməkdir. O əlavə edib ki, dəyirmi masada valideynlərin uşaqların tərbiyəsində rolu, yeniyetmə və gənclərin elmi səviyyəsinin artırılması, onların həyatdakı məqsədləri və gəncləri təkfirçi terrorçu qruplara yönəldən işsizlik probleminin həlli kimi məsələlər müzakirə olunur. Bu problemlərin həlli üçün məsləhətlər verilir.