جمعه 10 فروردین 1403

14 August 2023

Kanadada Steakhouse restoranlarında menyuya halal yeməklər əlavə edilib

Kanadada Steakhouse restoranlarında menyuya halal yeməklər əlavə edilib


Kanadada "Steakhouse" restoranlarında menyuya halal yeməklərdə daxil edilib. 

Aboutislam saytı xəbər verir ki, halal ətin keyfiyyəti yaxşı olduğu üçün Kanadada bir çox restoranlar, o cümlədən "Steakhouse" restoranlarını halal yeməklər verməyə başlayıb.  

Toronto şəhərində baş aşpaz işləyən Corey Vitilo deyir ki, ən dadlı yeməklər halal yeməklərdir. “Mən  bu əti onun keyfiyyəti və dadına görə həmişə alırdım, indi bilmişəm ki, bu növ ətlər halal ətlərdir”.  

Toronto şəhərində "Halal" məhsulların sərgisini təşkilatçılarından olan Salima Civrac deyib ki, Kanada restoranları halal məhsullar təqdim etməkdə maraqlıdırlar.  

“Halal yeməklərlə bağlı ehtiyacları tam təmin etmək üçün restoranlarda çalışan aşpazlar və xidmətçilərə təlimlər keçilməlidir. Bəzi hallarda xidmətçilərin səhvindən müştərilərə qeyri-halal yeməklər verilir. Lakin ümumilikdə onların bu işin alqışlayırıq və uzun müddətdə cəmiyyətdə halal yeməklərin verilməsi öz layiqli yerini tapacaq”.

2011-ci ilin statistikasına görə, Kanadada bir milyondan çox müsəlman yaşayır. Halal yeməklər dünyada 1,5 milyard müsəlmanla yanaşı, həm də 500 milyon qeyri-müsəlman tərəfindən də istifadə olunur. Dünyada hazırda halal məhsullar 2 milyard dollar dəyərində istifadə olunur. Bu haqda maidə saytı məlumat verib.