سه شنبه 23 اردیبهشت 1404

14 August 2023

Müsəlman xanımlar Londonda terrora qarşı canlı zəncir yaratdılar

Müsəlman xanımlar Londonda terrora qarşı canlı zəncir yaratdılar


Böyük Britaniyanın paytaxtı Londondakı müsəlman xanımlar terrora qarşı əl-ələ verərək, canlı zəncir yaradıblar.

Posta xəbər verir ki, Londonda martın 22-də baş verən terror hücumunu qınayan müsəlman xanımlar, hücumun törədildiyi "Vestminister" körpüsünün üzərində toplaşaraq, terrora qarşı birləşiblər. Körpü üzərində yığışan yüzlərlə qadın, əl-ələ tutaraq, terror hücumunda həlak olanların xatirəsini sükutla yad ediblər.

Tədbirin təşkilatçısı olan London Qadın Yürüşü platforması (Women Mart London) açıqlamasında belə qeyd edib:

"Londonda törədilmiş təcavüz bizə qarşı edilmişdir. Bu hamımıza qarşı edilmiş bir təcavüzdür. İslam dini hər cür zorakılığın əleyhinədir". Xəbər dəyərlər saytına istinad edilir.