جمعه 7 اردیبهشت 1403

14 August 2023

İmam Hüseynin (ə) Hərəmində zəvvarlara yeni xidmətlər göstərilir

İmam Hüseynin (ə) Hərəmində zəvvarlara yeni xidmətlər göstərilir


Kərbəla şəhərində İmam Hüseynin (ə) və həzrət Əbul-Fəzl Abbasın müqəddəs hərəminə zəvvarların danışıması üçün 24 ədəd elektrik nəqliyyat vasitəsi istifadəyə verilib

İslaminsəsi saytı İmam Hüseynin (ə) ziyarətgahının rəsmi saytına istinadla xəbər verir ki, Hərəmə 24 ədəd elektriklə işləyən nəqliyyat vasitəsi hədiyyə edilib.

Bu nəqliyyat vasitələri əsasən yaşlı, xəstə və əlil zəvvarların daşınması üçün nəzərdə tutulub.

Belə ki təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəmlərin yaxınlığına maşınlar buraxılmır. Bu isə o deməkdir ki zəvvarlar hərəmlərə doğru piyada gedərək yolu qət etməlidirlər. Buna görə sözügedən nəqliyyat vasitələri zəvvarlara yeni xidmətlərlə təmin edəcək.