پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Gürcüstanın Əhli-beyt (ə) məscidində Hz. Zəhranın (s) mövlud məclisi

Gürcüstanın Əhli-beyt (ə) məscidində Hz. Zəhranın (s) mövlud məclisi


Əhli-beyt məscidində Xanım Zəhranın (ə) mövlud günü münasibəti ilə bayram məclisi təşkil edilib.

Qurani-kərimin nurlu kəlamları ilə başlayan məclisdə Həzrət Fatimeyi Zəhranın (ə) əzəməti və fəzilətlərindən söhbət açılıb. Məscidin axundu Hacı Rahid, Kövsər surəsinin nazil olma səbəbini və o surənin Xanım Zəhraya (ə) aid olduğunu açıqlayıb.

Ardınca Əhli-beyt (ə) məddahları mədhiyyələr oxuyub. Ehsan süfrəsi açılıb. Sonda bayram günü münasibəti ilə bir neçə ailəyə ərzaq hədiyyə olunub. Allah qəbul etsin.