چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Dağıstanın B. Bredixin bölgəsində geniş mövlud mərasimi keçirilib

Dağıstanın B. Bredixin bölgəsində geniş mövlud mərasimi keçirilib


Xanım Zəhranın (s) mövludu münasibətilə Dağıstanın B. Bredixin bölgəsində geniş bayram mərasimi keçirilib. Mərasimdə Həzrət Fatimeyi Zəhranın (ə) əzəmətindən söhbət açılıb.

Mövlud mərasimi ilk öncə Qurani-Kərimin Kövsər surəsinin oxunuşu ilə başlanıb. Ardınca məntəqənin tanınmış ruhanisi Hacı Vəfadar İsmayılov, Aləmlərin Xanımının (s) həyat yolunun dünya xanımlarına gözəl bir ülgü olmasına işarə edərək, hər bir qadının onun yolunu getməsinin əhəmiyyətini vurğulamışdır.

Tədbirdə Ramis Məmmədov da çıxış etmişdir. Tələbələrin İlahi Nəğmələr qrupu öz ifası ilə qəlbləri oxşamışdır. Mərasim mənəvi dua və ibadətlə sona çatmışdır.