پنج شنبه 9 فروردین 1403

14 August 2023

Maxaçqalada Hz. Zəhraya (ə) həsr olunmuş təntənəli bayram məclisi

Maxaçqalada Hz. Zəhraya (ə) həsr olunmuş təntənəli bayram məclisi


Xanım Zəhranın (ə) mövluduna həsr olunmuş təntənəli bayram məclisi Maxaçqala şəhərinin Rus Dram Teatrında qeyd edildi. Olduqca möhtəşəm və əzəmətli şəkildə təşkil edilmiş mövlud tədbirində, xarici qonaqlarla yanaşı məntəqənin tanınmış ruhaniləri, məddahları və başqa dəyərli şəxsiyyətləri iştirak etmişdir. Tədbirdə Hacı Məzahir və başqa tanınmış ruhanilər Həzrət Zəhranın (ə) əzəməti və fəzilətləri haqda məlumat vermiş, məddahlar O Xanımın (ə) şəninə mədhiyyələr oxunmuşdur. Tədbir öz rənga-rəngliyi ilə göz oxşamış, Məhdi Dərbəndinin rəhbərliyi ilə “Muminin Nəğmələr Qrupu” könül oxşayan ifası ilə qəlbləri Hz. Zəhra (ə) eşqilə oxşamışdır. Sonda hədiyyələr və təşəkkürnamələr təqdim edilmişdir.