سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

İstanbulda Xanım Fatimeyi Zəhra (s.ə) mövludu və Novruz birlikdə qeyd edildi

İstanbulda Xanım Fatimeyi Zəhra (s.ə) mövludu və Novruz birlikdə qeyd edildi


İstanbulun Halkalı bölgəsində, Zeynəbiyyə məhəlləsində "Yəhya Kamal Bayatlı" adına mədəniyyət sarayında  Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və Novruz bayramı birlikdə qeyd edilib.

Tədbir "Zəhra Ana" təşkilatı tərəfindən təşkil edilib. Bayram mərasiminə Türkiyə şiələrinin liderlərindən və Zeynəbiyənin qurucularından olan Şeyx Səlahəddin Özgündüz, Küçükçəkməcə rayon bələdiyyəsinin sədri Əziz Yeniay, Rayon İcra başçısı Harun Kaya, rayon dini idarələrinin rəsmiləri, diplomatik missiyaların təmsilçiləri, Azərbaycandan ilahiyyatçı və məddahlar qatılıblar.

Mərasimdə diqqət çəkən məqam isə Azərbaycanın İgidliyə görə medal almış şəhid Fərid Əhmədovun anası Nərgiz xanımın qatılması olub.