پنج شنبه 20 اردیبهشت 1403

14 August 2023

Dağıstan vilayətinin Kizlər məntəqəsində mövlud tədbiri keçirilib

Dağıstan vilayətinin Kizlər məntəqəsində mövlud tədbiri keçirilib


İki dünya xanımı Faimeyi-Zəhranın (ə) mövludu münasibətilə Rusiyanın Dağıstan vilayətinin Kizlər məntəqəsində İmam Hüseyn (ə) məscidində möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə dəyərli ruhanilər Kərbəlayi Ruhid Qüdrətli və Hacı Vəfadar İsmayılov Həzrət Zəhranın (ə) əzəmətindən söhbət açmış, onun dünya xanımlarına ən gözəl örnək olmasını vurğulamışlar. Peyğəmbərimizin (s) ona dəyər verməsinin əsas səbəblərindən birinin də, məhz Həzrət Zəhranın (ə) öz ali mənəvi səciyyələri ilə ilahi örnək olmasına işarə etmişlər.

Mərasimdə Əhli-beyt məddahları mədhiyyələr oxumuş, yeniyetmələrdən ibarət ilahi nəğmələr qrupu gözəl ifa ilə çıxış etmişdir. Məclis dua və ehsanla başa çatmışdır.