سه شنبه 29 اسفند 1402

14 August 2023

Bu il baharın Azərbaycana qədəm qoyacağı vaxt açıqlanıb

Bu il baharın Azərbaycana qədəm qoyacağı vaxt açıqlanıb


Bu barədə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov  açıqlama verib.

Məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

Rəsədxana rəsmisi bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Xatırladaq ki, fevralın 21-i Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbə qeyd edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən,bu il Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23 və 24-ü qeyri-iş günləridir.

Martın 18, 19, 25 və 26-sı şənbə və bazar günlərinə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı 9 gün olacaq. Martın 27-si isə iş günü hesab edilir. Xəbər Əhlibeyt saytınln Azərbaycan bölümünə istinad edilir.