پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Qüdsdə ən hündür məscid minarəsinin açılışı oldu

Qüdsdə ən hündür məscid minarəsinin açılışı oldu


Fələstinlilər martın 17-də Qüdsün Əl-Əsaviyə bölgəsində şəhərin ən hündür (73 metr) minarəsinin açılışı keçirilib.

Shafaqna-ya istinadən dəyərlər saytı xəbər verir ki, minarənin açılış mərasimində Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəm Sabri iştirak edib. O, Qüds şəhərinin ən hündür minarəsinin üzərindəki ayparanın hündürlüyünün 10 metr olduğunu bildirib.

Şeyx Sabri bu minarənin Əl-Əsaviyə əhalisinin əməkdaşlığı və 1948-ci ildə işğal edilən bölgədə yaşayan ərəblərin köməyi ilə inşa edildiyini deyib.