شنبه 8 اردیبهشت 1403

14 August 2023

Dərbənddə Xanım Fatimeyi Zəhranın (s) mövludu qeyd olunub

Dərbənddə Xanım Fatimeyi Zəhranın (s) mövludu qeyd olunub


Dərbənd Mərkəzi Cümə məscidində xanım Fatimeyi Zəhranın mövluduna həsr olunmuş təntənəli bayram məclisi keçirilib. Məclisdə Cümə məscidinin axundu Məzahir Məmmədov çıxış etmiş və Həzrət Zəhranın (s) əzəmətindən söhbət açmışdır. Məclisdə həmçinin, professor, əməkdar müəllim Gülçöhrə Seyidova və başqa qonaqlar çıxış etmişlər. Hacı Mehdi Dərbəndi rəhbərliyi altında olan Muminin Əhli-beyt məddahları gözəl ifalarla məclisə rəng qatmışlar.