جمعه 10 فروردین 1403

14 August 2023

Hz. Hüseynin (ə) hərəmi Əhli-Beytə (ə) aid nadir əlyazma nüsxələrlə bağlı sənədli film çəkdi

Hz. Hüseynin (ə) hərəmi Əhli-Beytə (ə) aid nadir əlyazma nüsxələrlə bağlı sənədli film çəkdi


İmam Hüseyn (ə) rəqəmsal media institutu İmam Hüseynin (ə) mütəhhər hərəminin kitabxanasında qorunan Əhli-Beytə (ə) aid nadir əlyazma nüsxələri haqqında bir sənədli film hazırlayıb.

Dəyərlər saytı imamhussain saytına istinadən xəbər verir ki, hərəmin informasiya mərkəzindən verilən məlumata əsasən, bu sənədli film ilə Əhli-Beytə (ə) aid nadir əlyazma nüsxələr və əsrlərlə yaşı olan digər qədim əlyazmalarının təmir edilməsi izah edilir.

İmam Hüseynin (ə) mütəhhər hərəmi həmişə qədim əlyazma nüsxələrə sahib çıxan mərkəzlərdən biri olmuşdur.