سه شنبه 28 فروردین 1403

14 August 2023

Kərbəlada Hz. Hüseynin (ə) hərəminə çıxan yeraltı tunelin inşası başa çatıb

Kərbəlada Hz. Hüseynin (ə) hərəminə çıxan yeraltı tunelin inşası başa çatıb


Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminə çıxan yeraltı tunelin inşa işləri başa çatıb.

Zəvvarların rahat şəkildə İmam Hüseynin (ə) hərəminə çatması üçün yerin 5 metr dərinliyində inşa edilən tunelin uzunluğu 70 metrdir.

Tunelin giriş hissəsi sınmayan şüşə konstruksiyalarla inşa olunub.

Hazırda yeraltı tunelin çıxışlarında ağaclar, gül-çiçəklərin əkilməsi və s. dekorasiya işləri həyata keçirilir. Xəbər dəyərlər saytına istinad edilir.