جمعه 10 فروردین 1403

14 August 2023

İmam Əli (ə) hərəmində Xanım Zəhra (ə) səhninin tikintisi davam edir

İmam Əli (ə) hərəmində Xanım Zəhra (ə) səhninin tikintisi davam edir


Müqəddəs Nəcəf şəhərində İmam Əlinin (ə) mütəhərr hərəmində Xanım Zəhranın (sə) adına salınan möhtəşəm səhnin tikilişi davam edir.

Xanım Zəhranın (sə) yaxınlaşmaqda olan mövludu ərəfəsində müqəddəs İmam Əli (ə) hərəmin xadimi Seyyid Nizar Haşim və digər xadimlər layihənin gedişatı ilə maraqlanmaq üçün Xanım Fatimə (sə) səhnində olub, aparılan işlərin vəziyyəti ilə maraqlanıb.

Layihənin son durumu ilə maraqlanan Seyyid Nizar görülən son işlərlə tanış olub, layihənin uğurla başa çatdlırılması üçün tövsiyələrini verib.    

Qeyd edək ki, Xanım Fatimə (sə) səhninin layihəsinin icraçısı "Kövsər" şirkətidir.

Xatırladaq ki, Cəmadiül-axır ayının 20-də (Miladi təqvimilə bu il 19  Mart 2017-ci il tarixinə müvafiq gəlir, - red.) Əziz İslam Peyğəmbərinin sevimli qızı Xanım Fatiməyi-Zəhranın (sə) səadətli mövlud günüdür. Bu gün müsəlman ölkələrində Dünya Qadınlarının Bayramı kimi qeyd olunur. Bu haqda Maidəaz saytı yazıb.