شنبه 1 اردیبهشت 1403

14 August 2023

Seneqalda Fatimeyi Zəhranın (s.ə) mövlud mərasimi keçiriləcək

Seneqalda Fatimeyi Zəhranın (s.ə) mövlud mərasimi keçiriləcək


Peyğəmbərimiz həzrəti Məhəmmədin (s) sevimli qızı, dünya və axirət xanımlarının seyyidəsi Həzrəti Fatimeyi-Zəhranın (s.ə) mövlud günü münasibətilə Seneqalda bayram şənliyi keçiriləcək.

Maidəaz saytı xəbər verir ki, martın 15-də Dakar İslam İnistitunda keçiriləcək “Fatimə (s.ə) bütün dünya qadınlarına nümunə” adlı bayram şənliyində seneqallı xanımlarla yanaşı, Livan və İrandan olan xanımlar da iştirak edəcək. 

Mərasimdə Həzrət Fatimə (s.ə) haqqında çıxışlar edilib, film nümayiş olunacaq və o həzrətin adını daşıyan xanımlara hədiyyələr veriləcək. 

Mərasim İranın Seneqaldakı mədəniyyət mərkəzi və Seneqalın Qadın və İslam müəssisəsinin dəstəyi ilə təşkil olunacaq.