جمعه 31 فروردین 1403

14 August 2023

Yəməndə hər 5 nəfərdən biri kəskin qida çatışmamazlığından əziyyət çəkir

Yəməndə hər 5 nəfərdən biri kəskin qida çatışmamazlığından əziyyət çəkir


Amansız hava hücumları Yəməni “ağır humanitar fəlakətə” doğru aparır. Bunu "Amnesty International"-ın Yaxın Şərq və Şimali Afrika üzrə əlaqələndirici direktoru Əhməd bin Şamsi RT-ə müsahibəsində deyib. 

Maidə saytı xəbər verir ki, Ə. Bin Şamsi deyib ki, Yəməndə 3 milyondan artıq insan didərgin düşüb və bu ölkənin əhalisinin 80 faizindən çoxu müxtəlif formalarda humanitar yardımlara ehtiyaclıdır. 

Onun sözlərinə görə Yəməndə hazırda dünya üzrə uşaqlar arasında pis qidalanma həddi ən yüksək həddə çatıb. Hesablamalara görə Yəməndə hər 5 nəfərdən biri kəskin qida çatışmazlığından əziyyət çəkir.