جمعه 7 اردیبهشت 1403

14 August 2023

Hz. Musa (ə) peyğəmbər haqqında serial və filmin çəkilişləri üçün hazırlıq gedir

Hz. Musa (ə) peyğəmbər haqqında serial və filmin çəkilişləri üçün hazırlıq gedir


“Həzrət Musa (ə)” serialının çəkilişləri gələn ilin (İranda il martın 21-də dəyişir) ikinci yarısında, serialın çəkilişi üçün büdcə hazır olduqdan sonra başlanılacaq, Bunu tanınmış iranlı rejissor və Həzrət Musa (ə) peyğəmbər haqqında ekranlaşacaq serialın rəhbəri Camal Şurcə deyib. 

Maidə saytı “Tasnim” xəbərə agentliyinə istinadən xəbər verir ki, C.Şurcə deyib ki, hazırda serialdakı aktyorların qrimi ilə bağlı 3 nəfərlə danışıqlar aparmışıq və hələlik müqavilə imzalanmayıb. “İran Dövlət Televiziyası ilə danışıqlar aparılır və söz verilib ki, serialın çəkilişi üçün büdcə ayrılsın”.

Onun sözlərinə görə “Həzrət Musa (ə)” haqqında çəkiləcək serialın çəkiliş prosesi 4 il çəkəcək. Layihə çərçivəsində eyni zamanda Həzrət Musa  (ə) haqqında həm bir sinema filmi çəkiləcək və həm də 55 seriadan ibarət serial. Serial və filmdəki aktyorlar və ssenari isə fərqli olacaq”.