جمعه 10 فروردین 1403

14 August 2023

ABŞ-da Texas məscidini yandıran şəxs həbs edildi

ABŞ-da Texas məscidini yandıran şəxs həbs edildi


ABŞ mediası yanvar ayında Texas məscidini yandıran şəxsin martın 10-da həbs edildiyini xəbər verib.

Dəyərlər saytı xarici mətbuata istinadən xəbər verir ki, Mark Vinsent Perez yanvarın 21-i gecə Texasda Viktoria İslam mərkəzində qarət və yanvarın 27-də bu ibadət məkanında yanğın törədərək, böyük zərər vurub.

Polis rəsmiləri martın 7-də Texas Korpus Kristi şəhərinin federal hakiminə Perezin Texas məscidinin yaxınlığında bir maşını yandırmaq üçün əldəqayırma bir bombadan istifadə etdiyini açıqlayıb.

Hakim Cenis Ellinqton Perezin sərbəst buraxılması üçün edilən girov tələbini qəbul etməyib: "Cinayətkarı həbs etmək üçün kifayət qədər dəlil və şahidlər var. Perezə qarşı çox dəlil var. Yanğında satıcının ölməsi isə inkaredilməz bir həqiqətdir".

Viktoria şəhəri fərqli dini qruplara mənsub 62 min vətəndaşı məsciddəki yanğından sonra, qonşularını himayə etmişdir. Amerika vətəndaşları tərəfindən məscidin yenidən inşası üçün bir milyon dollardan artıq maliyyə yardımı yığılmışdır.