جمعه 31 فروردین 1403

14 August 2023

Suriyada Hz/ Zeynəb (ə) zəvvarlarına qarşı terror aktı törədildi

Suriyada Hz/ Zeynəb (ə) zəvvarlarına qarşı terror aktı törədildi


Suriyanın paytaxtı Dəməşqin Qədim Dəməşq adlı bölgəsində baş verən ardıcıl terror aktları həyata keçirilib.

Dəyərlər saytı Əl-Məyadin-ə istinadən xəbər verir ki, baş vermiş partlayışlarda 49 nəfərin həlak olduğu bildirilib. Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) hücumda Əhli-Beyt (ə) ardıcıllarından olan zəvvarların hədəfə alındığını qeyd edib.

SANA-nın verdiyi xəbərə görə, Suriya rəsmiləri hadisəni bir terror hücumu kimi xarakterizə edib.

Hadisədə çox sayda insanın yaralandığı bildirilir.