جمعه 7 اردیبهشت 1403

14 August 2023

İmam Hüseyn (ə) və onun hərakatı haqqında ensiklopediya hazırlanır

İmam Hüseyn (ə) və onun hərakatı haqqında ensiklopediya hazırlanır


İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Varisul-ənbiya” adlı İmam Hüseyn (ə) hərakatının xüsusi araşdırma mərkəzi, o həzrət haqqında ensiklopediya hazırlayır. 

Maideaz saytı xəbər verir ki, ensiklopediyada ötən 1200 ildə İmam Hüseyn (ə) və Kərbəla qiyamı haqqında yazılan hər bir şey toplanacaq. 

"Varisul-ənbiya" mərkəzinin təlif və araşdırma bölməsinin müdiri Səd Bəxati deyib ki, hazırda bu ensiklopediyanın hazırlanması üçün araşdırma aparılır.   “Ensiklopediyada hicri-qəməri təqvimi ilə birinci əsrdən 12-ci əsrədək İmam Hüseyn (ə) hərəkatı və Kərbəla qiyamı ilə bağlı yazılan bütün materiallar yerləşdiriləcək.  

O deyib ki, hazırda "Varisul-ənbiya" mərkəzi tərəfindən Aşura hərakatı və İmam Hüseyn (ə) haqqında 122 mənbə tapıb. 

Ensiklopediyada həmçinin İmam Hüseynin (ə) hərəmində baş verən müxtəlif tarixi hadisələr, o cümlədən bu hərəmə olunan hücumlar, hərəmə ziyarətə gəlmiş tarixi şəxsiyyətlər və digər bu kimi hadisələri sənədləşdirərək yerləşdiirləcək.