جمعه 31 فروردین 1403

14 August 2023

“Muslimmedia” internet televiziyası iki ildir ki fəaliyyət göstərir

“Muslimmedia” internet televiziyası iki ildir ki fəaliyyət göstərir


“Muslimmedia” internet televiziyası iki illiyi münasibəti ilə TV əməkdaşları bir araya gəliblər. Tədbirdə dünyada ictimaiyyətin formalaşmasında, informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet Tvnin təsiri və rolu haqda söhbətlər edib. Müsbət media haqqında fikir mübadiləsi aparıblar.

Quran-Kərimin tilavətindən sonra giriş sözü ilə tədbiri açıq elan edən İnternet Tvnin rəhbəri Vidadi Qurbanov çıxış və ürək sözlərini söyləmək üçün qonaqlara söz verdi. 

Çıxışı zamanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə TVnin rəhbərinə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi. O, İnternet TVnin bir il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirdi. Qeyd etdi ki, iki il müddətində TV “Haqqa doğru”, “Haqqa sarı”, “İslamda ailə”, “Mizanul-hikmə”, “Hikmətli kəlamlar” və “Məsumların həyatı”, “Sual və cavab”, “Quranı öyrənək!” adılı verilişlərdə din, elm və ədəbiyyat adamları iştirak edərək gözəl və sadə bəyanları ilə xalqımızın maariflənməsinə səbəb olmuşlar. 

Sonda Muslimmedia Tvnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olundu.

Qeyd edək ki, Muslimmedia Tv muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq 500-ə yaxın verliş tamaşaçıların ixtiyarına verilib. Ötən il TVdə hazırlanan bir çox verilişlər Kanal 12 vasitəsi ilə də efirə verilmişdir.