جمعه 7 اردیبهشت 1403

14 August 2023

Moskvada Quran festivalı keçiriləcək

Moskvada Quran festivalı keçiriləcək


Maidə saytı Rusiya mediasına istinadən xəbər verir ki, martın 26-da açılacaq festivalda təkcə müsəlmanlar deyil, islam incəsənəti, ədəbiyyatı, Quran  ilə maraqlanan digər dinlərin nümayəndələri də iştirak edə biləcək. Quran Festivalı Moskva Cümə Məscidində təşkil olunacaq.  

Festival iştirakçılarına məsciddə tur təşkil olunacaq, onlara İslam tarixi, görkəmli şəxsiyyətlər haqqında məlumatlar veriləcək və Quran öyrənmək istəyən şəxslər üçün şərait yaradılacaq. 

Festival çərçivəsində ən yaxşı müəzzinin seçilməsi üçün ümumrusiya uşaq azan müsabiqəsi keçiriləcək.

Bundan əlavə, testivala böyüklər və uşaqlar üçün seminarlar daxildir. 

Quran Festivalı  11:00-dan 20:00 –a qədər maraqlanan  hər kəs üçün açıq olacaq.