جمعه 7 اردیبهشت 1403

14 August 2023

ABŞ-da məscidi partlatmaqla hədələyən amerikalı həbs edildi

ABŞ-da məscidi partlatmaqla hədələyən amerikalı həbs edildi


ABŞ-ın Minnesota ştatında bir məscidə onu partlatmaqla bağlı hədə məktubu göndərən amerikalı, 1 il həbs cəzasına məhkum edilib.

Dəyərlər saytı Anadolu-ya istinadən xəbər verir ki, ABŞ-in Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada, 57 yaşlı ABŞ vətəndaşı Corc Fişerin 2015-ci ilin sentyabr ayında Minneapolis şəhərindəki "Töhid İslam Mərkəzi" adlı məscidə bir məktub göndərdiyi qeyd olunub. Məktubda Fişerin içərisindəki bütün miqrantlarla ibadətgahı partlatmaqla bağlı hədələdiyi vurğulanıb.

Məhkəmədə, müttəhimin 2016-cı ilin noyabrın 30-da keçirilən iclasda cinayətini boynuna aldığı xatırladılıb və Fişer hakim tərəfindən 1 il həbs cəzasına məhkum edilib.

Ştatın prokuroru Tom Viler isə Fişerin həbsi ilə bağlı belə danışıb: "Bu cəza başqalarını dini inanclarına görə zorakılıqla hədələyən hər kəsə açıq bir mesaj xarakteri daşıyır".