Təkfirçi vəhhabi İŞİD terror təşkilatının 2014-cü ildə dağıtdığı Yunis (ə) peyğəmbər məscidin altında 2600 illik saray aşkarlanıb.
Dəyərlər saytı CNN-nə istinadən xəbər verir ki, İŞİD-in məscidin altında qazdığı tunelləri aşkar edən təhlükəsizlik qüvvələri və arxeoloqlar, eramızdan əvvəl 600-cü ilə aid olduğuna inandıqları qədim bir sarayı tapıblar.
Tunellərin içində tarixi əsərlərə də rast gələn rəsmilər, diqqətsiz şəkildə qazılan bu tunellərin həftələr ərzində dağılacağından ehtiyat edirlər.
Məscidinin altında əvvəllər 1852-ci ildə Osmanlı imperiyası, 1950-cı illərdə isə İraq hökuməti tərəfindən qazıntılar aparılmışdır. Ancaq araşdırmalar İŞİD terrorçuların getdiyi qədər irəliləyə bilməmişdir.
Rəsmilər indi tunellərdə və tarixi saraydakı əsərlərə İŞİD terrorçuların zərər verib vermədiyini araşdırırlar.
مطالب مشابه