جمعه 31 فروردین 1403

14 August 2023

Ayətullah Seyid Əli Xamenei (md) iki meyvə ağacı əkdi

Ayətullah Seyid Əli Xamenei (md) iki meyvə ağacı əkdi


Ayətullah Seyid Əli Xamenei (md) dünən səhər vaxtı “Təbii sərvətlər həftəsi” münasibətilə iki meyvə ağacı əkdi. 

Həzrət Ayətullah Xamenei sonra yaşıllıqlar və bitki örtüyünün əhəmiyyətindən danışaraq dedi: “Tozlu və çirkli havanın yaratdığı fəsadların çoxunun, habelə şəhərlərin havasının çirkli olmasının səbəbi bitki örtüyünün az olmasıdır. Ölkənin iqlim şəraiti və səhraların geniş əraziləri əhatə etdiyini nəzərə alsaq, yaşıllıqların qorunması daha çox əhəmiyyət daşıyır”.

O vurğuladı: “Meşələr, otlaqlar, kənd təsərrüfatı torpaqları üzrə səlahiyyətli şəxslər gördükləri işin çox mühüm əhəmiyyət daşıdığını bilməli və bu böyük milli sərvəti qorumalıdırlar”.

O, sonda bildirdi ki, “Hər kəs bu ilahi nemətin qədrini bilməlidir”.