سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

İmam Əlinin (ə) hərəmində Quran hifzi və qiraəti müsabiqəsi keçirildi

İmam Əlinin (ə) hərəmində Quran hifzi və qiraəti müsabiqəsi keçirildi


Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəminin Darül-Quran mərkəzi səkkizinci Quran hafizi və qarisi müsabiqəsini keçirib.

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) mütəhhər hərəminin media mərkəzinə açıqlama verən hərəmin Quran-Kərimin tədrisi üzrə məsullarından Seyid Səttar Hablul Mətin müsabiqə barədə danışıb. O, müsabiqənin Darül Quranı, Quran cüzləri üzrə aparıldığını və iştirak edən Quran tələbələrin buna hazırlaşdıqlarını bildirib.

Mətin 8-24 yaş qruplarında 60 Quran hafizi və qarisinin hifz və tilavət üzrə iki hissədə bu yarışlarda yarışdıqlarını söyləyib.

Müsabiqə iraqlı hafiz və qari Əli Əl-Əqravinin tilavəti ilə başlayıb. Yarışın qaliblərinə müxtəlif mükafatlar və təltifnamələr verilib.