پنج شنبه 9 فروردین 1403

14 August 2023

Hz. Əlinin (ə) mütəhhər hərəmində növbəti təmizlik işləri həyata keçirildi

Hz. Əlinin (ə) mütəhhər hərəmində növbəti təmizlik işləri həyata keçirildi


İraqın Nəcəfül Əşrəf şəhərində yerləşən İmam Əlinin (ə) mütəhhər hərəmində növbəti təmizlik işləri həyata keçirilib.

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, təmizlik işlərini hərəmin xuddamları və könüllü zəvvarlar həyata keçirib. Geniş təmizlik işləri çərçivəsində, hərəmin daxili və xaricindəki mərmər döşəmələr təmizləyici vasitələrlə yuyulub, qapı-pəncərələr, divarlar, sütunlar və kitabxanadakı tozlar təmizlənilib.

Bundan başqa hərəmdə yerə sərilən xalçalar da təmizlərilə dəyişdirilib.