چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

ABŞ-da 20 məscid qeyri-müsəlmanlar üçün açıq qapı günü keçirəcək

ABŞ-da 20 məscid qeyri-müsəlmanlar üçün açıq qapı günü keçirəcək


ABŞ-ın Corciya ştatının Atlanta şəhərində məscidlər martın 11-də açıq qapı günü keçirəcək.

İslam.ru-ya xəbər verir ki, açıq qapı aksiyasında 20-dən çox məscid iştirak edəcək. Aksiyanın təşkilatçılarından Rosemun Umar bildirib ki, ümumşəhər aksiyasını keçirməkdə məqsədlərinin digər konfessiyalar ilə qarşılıqlı münasibətlərin qurulmasıdır.

Açıq qapı günü çərçivəsində qonaqlara məscid, İslam barədə danışılacaq, onları maraqlandıran bütün suallara cavablar veriləcək, müsəlman xəttatların işləri nümayiş etdiriləcək, dünya xalqlarının mətbəxinə qonaq edəcəklər.

Bundan başqa, qadınlara hicab geyinməyi öyrədəcəklər.