چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Londondakı Əhli-Beyt (ə) sevdalıları matəm məclisi keçirdi

Londondakı Əhli-Beyt (ə) sevdalıları matəm məclisi keçirdi


İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı Həzrət Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadəti münasibətilə dünyanın hər yerində Əhli-Beyt (ə) sevdalıları matəm məclisləri keçirir.

Dəyərlər saytı ABNA-ya istinadən xəbər verir ki, bu cür matəm məclislərinin biri də Britaniyanın paytaxtı Londonda təşkil olunub. İslam Mərkəzində təşkil olunan matəm məclisində Həzrət Fatimənin (s.ə) fəzilətləri və mənəvi şəxsiyyəti barədə danışılıb və xanımın vilayət yolunda üzləşdiyi müsibətlərə toxunulub. Daha sonra əzadarlıq edilərək, bu müsibətə göz yaşı axıdılıb.