شنبه 8 اردیبهشت 1403

14 August 2023

Kərbəla şəhərində matəm məclisi keçirildi

Kərbəla şəhərində matəm məclisi keçirildi


İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı Həzrət Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadəti münasibətilə dünyanın hər yerində matəm məclisləri keçirilir.

 Dəyərlər saytı İmamhussain saytına istinadən xəbər verir ki, minlərlə iraqlı və xarici zəvvar Kərbəla şəhərindəki İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmlərinə axışıblar. Əzadarlıq heyyətləri hərəmlərə daxil olaraq, Həzrət Fatimənin (s.ə) müsibətli şəhadəti münasibətilə matəm tədbirləri keçiriblər.

Əhli-Beyt (ə) məddahları və zakirləri tərəfindən mərsiyələr və rozələr deyilib, Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə göz yaşı axıdılıb.