سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

Zəvvarlar Hz. Fatimənin (ə) matəmi münasibətilə Hz. Əlinin (ə) hərəmində axışdı

Zəvvarlar Hz. Fatimənin (ə) matəmi münasibətilə Hz. Əlinin (ə) hərəmində axışdı


Minlərlə iraqlı və əcnəbi zəvvar Əyyami Fatimə münasibətilə Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmində axın ediblər.

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) əziz qızı Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadətinin ikinci tarixi münasibətilə İmam Əlinin (ə) hərəmində təşkil olunan matəm məclisində rəmzi olaraq, həzrəti cənazə mərasimi keçirilib. Böyük izdihamın iştirakı ilə qılınan camaat namazından sonra, hərəmdə əzadarlıq edilib və göz yaşı axıdılıb.

Hərəm rəhbərliyi Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə ehsanlar da veriblər.