جمعه 10 فروردین 1403

14 August 2023

Ayətullah Xameneinin (md) iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirilib

Ayətullah Xameneinin (md) iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirilib


Ayətullah Xamenei (md) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş iki gecəlik matəm mərasimində iştirak etmişdir.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın və dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət Fatimeyi-Zəhranın (s.ə) Allah-taala, İslam Peyğəmbəri (s), pak imamlar (ə) və mələklərin yanında qazandığı xüsusi və üstün məqamdan danışdı: “Həzrət Zəhra (s.ə) ismət və məsumluq məqamındadır. Onun razılığı və qəzəbi Allahın razılıq və qəzəbinin göstəricisidir”.

“Qayıdışa inam”ın Həzrət Fatmieyi-Zəhranın (s.ə) həyatının ibrətamiz və qəti prinsipi olduğunu deyən xətib Həzrət Zəhranın (s.ə) həyatına xas olan “qayıdış inancı”nın ayrı-ayrı yönlərindən danışdı: “Qayıdışa inam cəmiyyətdə tövhid inancı və saleh əməlin daha da zənginləşməsinə, habelə ictimai hüquqlara riayət edilməsinə, günah, Allahın haqqı və insan hüquqlarının pozulmasından çəkinməyə səbəb olur”.

Mərasimdə Həzrət Fatimənin (s.ə) mənəvi məqam və üstünlüklərinin çox-çox yüksəkdə olduğunu deyən Höccətül-İslam vəl-müslimin Siddiqi “Fədəkiyyə xütbəsi”nin daha qabarıq hissələrinə toxunaraq dedi: “İslam cəmiyyətində Əhli-beytin (ə.s) göstərişləri ədalət və vəhdət bərqərar olmasına səbəb olur”.

Bu mərasimdə cənab Ərzi imamlar anası Siddiqeyi-Kübranın (s.ə) müsibətlərinə həsr edilmiş mərsiyə və növhələr oxudu.

Mərasimdə cənab Məhəmmədrza Tahiri İslamın üstün xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətlərindən danışıb növhə və mərsiyələr oxudu.