جمعه 10 فروردین 1403

14 August 2023

Dağıstanın B. Bredixin bölgəsində əza mərasimi keçirilib

Dağıstanın B. Bredixin bölgəsində əza mərasimi keçirilib


Xanım Zəhranın (s) şəhadəti münasibətilə Dağıstanın B. Bredixin bölgəsində əza mərasimi keçirilib. Mərasimdə Həzrət Fatimeyi Zəhranın (ə) əzəmətindən söhbət açılıb. Dəyərli ruhani Hacı Vəfadar Həzrət Zəhranın (s) öz əzəmətilə dünya xanımlarına örnək olmasını vurğulayaraq, onun həyat yolunun daha da dərindən araşdırılmasının zəruriliyini vurğulamış, demişdir: “Əgər belə bir əzəmətli xanım Hz. Peyğəmbər (s) tərəfindən dünya xanımalrına nümunə göstərilirsə, deməli həyatının hər bir sahəsi xırdalıqları ilə birgə örnək və dəyərdir.”

Mərasimdə rövzə və mərsiyələr oxunmuş, əzadarlıq dua ilə sona çatmışdır.